Eyfel qülləsi bağlandı
![]()
Parisin rəmzi olan Eyfel qülləsi turistlərin üzünə qapanıb.
Rubrika.az Oxu.Az-a istinadla xəbər verir ki, buna səbəb qüllənin xidməti personalının tətil etməsidir.
Bu barədə məlumat Eyfel qülləsinin rəsmi saytında yerləşdirilib.
“Şəxsi heyətin tətil etməsi səbəbi ilə Eyfel qülləsi saat 16:00-dan bağlanıb”, - məlumatda bildirilir.
Qeyd edək ki, hər il Eyfel qülləsini 6 milyondan artıq turist ziyarət edir.
Rubrika.az
Facebook-da paylaş















