Ekspert: İşğal altındakı əraziləri müharibəsiz qaytarmaq üçün şans var
![]()
Qanla və müharibə ilə Ermənistan rəhbərliyini ələ keçirən “Qarabağ klanının” hakimiyyətdə olduğu dövrdə cəmiyyət öz fikirlərini açıq şəkildə ifadə edə bilmirdi.
Rubrika.az Oxu.Az-a istinaden xeber verir ki, bu sozleri oxu.az-a açıqlamasında siyasi analitik, “Baku Network” Beynəlxalq Ekspert Şurasının direktor müavini Gülnarə Məmmədzadə Ermənistanda son vaxtlar səsləndirilən “Yerevan işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarmalıdır” fikrinə münasibət bildirərkən deyib.
“İlk növbədə, Ermənistanın iki xalq arasında qanlı müharibəyə səbəb olmasının və qonşu ölkənin ərazilərini işğala məruz qoymasının etiraf edilməsi vacibdir.
Əgər bu gün bu ölkədə bunu etiraf edə biləcək insanlar varsa, bizdə yeni müharibənin, itkinlərin və anaların göz yaşlarının olmayacağı ilə bağlı ümid yaranır”, - Məmmədzadə qeyd edib.
Müsahibimiz bildirib ki, Ermənistan işğal olunmuş torpaqları geri qaytarmalıdır, bundan sonra biz regionda sülh və sabitlik barədə danışa bilərik.
“Dərhal olmasa da, yavaş-yavaş sülh barədə danışacağıq, inkişafa pullar xərcləyəcəyik, silahlara deyil... Bu gün Ermənistan həm daxildə, həm də xaricdə dəyişikliklər dövrünü yaşayır.
Əgər yeni erməni hakimiyyəti xələflərinin yolunu tutmasa, Ermənistan – Azərbaycan münasibətlərində yeni mərhələ açıla bilər”, - ekspert bildirib.
Rubrika.az
Facebook-da paylaş









