Sabirabad sakininin həyətində 13 ədəd çətənə kolu aşkar edilib

Sabirabad rayon sakininin həyətindən çətənə kolları aşkar edilib.
Rubrika.az xeber verir ki, Bu barədə musavat.com-a DİN Mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli məlumat verib.
Belə ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, bir neçə dəfə məhkum olunmuş Minbaşı kənd sakini, 53 yaşlı Əbilzadə Əliyev saxlanılıb.
Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş














