Maduroya sui-qəsdə cəhdlə bağlı müxalifət lideri həbs edilib

Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsdə cəhdlə bağlı keçmiş parlament sədri və müxalifət lideri Culio Borqes həbs edilib.
Rubrika.az axar.az-a istinadla xəbər verir ki, Borqeslə yanaşı, polis nəzarətində olan Xuan Requesense barəsində də həbs qərarı verilib.
Onlar sui-qəsdə təşəbbüsdə günahlandırılır.
Qeyd edək ki, bir neçə gün öncə Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi olub. Sui-qəsdə görə 11 jurnalist həbs edilib.
Facebook-da paylaş












