Adnan Oktar və “kediciklər”dən DNK nümunələri alındı

İctimaiyyətdə Harun Yəhya ləqəbi ilə təqdim edilən Adnan Oktar barədə dəqiqə-dəqiqə yeni gəlişmələr yaşanır.
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, haqqındakı ən önəmli ittihamlardan biri də cinsi istismar olan Adnan Oktarın yanındakı qadınlarla hər hansı bir təmasda olub-olmadığını müəyyənləşdirmək üçün həm özündən, həm də “kedicik” olaraq tanınan qadınlardan DNK nümunələri götürülüb.
Oktar bu günə qədər 7 vəkili bəyənməyib
Xatırladaq ki, A.Oktar cinsi istismar, hücum, özəl həyatın gizliliyinin pozulması kimi bir çox məsələdə ittiham edilir. Adnan Oktar indiyə qədər ona təyin edilən 7 vəkili bəyənmədiyi üçün rədd edib. Hazırda onun işinə səkkizinci vəkil baxır. İlkin istintaqda ona 353 sual verilib. Sonra isə həbs edilərək, təcridxanaya göndərilib.
Oktar İsraillə münasibətlərindən tutmuş, ABŞ-la Türkiyə arasındakı gərginlliyə, FETÖ-dən cinsi istismar mövzusuna qədər bir çox iddialar haqqında açıqlama verib.
Oktar və yanındakı qadınlardan DNA nümunələri götürməklə yanaşı, onlara bioloji testlər də edilib. Hələlik nəticələr açıqlanmayıb.
Türmə həyatı
Adnan Oktar 3 nəfərlik türmə otağında təkbaşına qalır. Səhər yeməyindən sonra idman edir. Gündə 3 dəfə ona yemək verilir. Türmə rəhbərliyinin müəyyənləşdirdiyi gün və saatlarda hamama gedir. Aylıq 1200, həftəlik isə 300 lirə xərcləməsinə icazə verilir. Hazırda hesabında 4 min 70 lirə var.
Oktar bildirib ki, İsrail onun Mehdi olduğuna inanır: “Bir Mehdi, Məsih inancları var. İsrail mənim Tövrata keçən Moşiyah olduğumu düşünür".
A.Oktarın sözlərinə görə, o, masonlar üçün də gözlənilən şəxsdir: “Masonlar da deyirlər ki, gözlənilən şəxs Adondur. Bu səbəbdən də “biz sənə tabeyik" bildirirlər”.
A.Oktar İsrail ilə münasibətlər üçün aşağıdakı şərhi verib: “Bizim İran, Rusiya və Çinlə münasibətlərimiz yaxşıdır. Təkcə İsrailə yox, oralara da heyətlər göndəririk. Haqqımızda deyirlər ki, guya İsraildən çantalar dolu pullar gəlir. Halbuki qonaq etdiyimiz şəxslərin təyyarə biletlərini belə özümüz alırıq. Əgər Türkiyəni İsrailə sevdirməsəydik, ABŞ 24 iyundan sonra erməni soyqırımını tanıyacaqdı. Biz simpatiya kanallarından istifadə etdik, İsrailin güclü bir dövlət olduğunu qəbul etmək lazımdır. Onunla gərginlik ingilis dərin dövlətinin oyunudur. İsraillə bağlı Quran-i-Kərimdə “yandırın”, “öldürün”, “düşmən olun” deyə bir əmr yoxdur. Bir müsəlman yəhudi qadınla evlənə bilər”.
Oktar haqqındakı iddialarla bağlı “gözləniləndir” deyərək, aşağıdakıları vurğulayıb: “Əslində bu xəbərlər sayəsində hər kəs Adnan Oktarı tanımaq və kim olduğunu öyrənməyə çalışır”.
“İslamın sevimli üzünü anlatmağa çalışır”
Oktar Amerikanın Türkiyə haqqındakı qalmaqallı qərarı üçün aşağıdakıları deyib: “Bu ərəfədə daxili işlər və ədliyyə nazirinin mal varlıqlarına əl qoyulması olduqca simvolikdir. Əgər A9 kanalı açıq olsaydı, ABŞ-ın bu addımlarına qarşı yeri-göyü inildədərdim”.
Nə üçün dekolite geyinən qadınlarla veriliş hazırlaması sualına cavabda isə A.Oktar deyib ki, məqsəd İslamın sevimli üzünü anlatmaq idi: “Biz Konyada təbliğat aparmırdıq ki. Mayamidəki, sahildəki, diskotekalardakı, klubdakı insanlara, yəni, dünyanın hər kəsimi arasında təbliğat aparırıq ki, İslamı sevdirək, onun sevimli üzünü bütün dünyaya çatdıraq”.
Rubrika.Az
Facebook-da paylaş








