"Yanardağ"a giriş bağlanacaq? - Turizmin inkişafı üçün dövlət qoruqlarında yeni idarəetmə sisteminə keçilir

"Sosial şəbəkələrdə söhbətlər gəzir, deyirlər ki, guya təmir işləri ilə əlaqədar "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna giriş bağlanıb, qoruq fəaliyyətini dayandırıb, tursitlər artıq gəlmir. Gülməli olsa da, burada hətta qazın krantının bağlandığını deyənlər də var, halbuki orada qaz minillərdir birbaşa yerin təkindən çıxaraq yanır. Bütün bunlar həqiqətə uyğun deyil. Əvvəla, "Yanardağ" qoruğunda bərpa işlərinə yaxın günlərdə başlanacaq. Bərpa işləri 2018-ci ilin sonuna davam edəcək. Yəni işlər maksimum növbəti ilin əvvəlinədək tamamlanmalıdır. Ondan sonra "Yanardağ" qoruğu yeni görkəmdə və yeni xidmətlərlə yerli və əcnəbi turistlərə təqdim ediləcək. Qoruq hal-hazırda da ziyarətçilərin üzünə açıqdır, hətta bərpa işləri gedən zaman da həmişə açıq olacaq və fəaliyyətini davam etdirəcək".![]()
Rubrika.az xeber verir ki, bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirib.![]()
Onun sözlərinə görə, bərpa işləri dedikdə orda qoruqda həm yenidənqurma, həm də yeni xidmət növlərinin yaradılması nəzərdə tutulur:
"Təbiət bizə həmin ərazidə daim yanan od, alov bəxş edib, indi onun ətrafında ora gələn insanları məmnun etmək üçün yeni xidmətlər göstərmək lazımdır. Bura onların istirahətinin, qidalanmasının, əylənməsinin, normal sanitar qovşağı, internetlə təmin edilməsi, eləcə də ərazidə məlumatlandırıcı lövhələrin qoyulması daxildir. Yəni müasir turizm trendinə görə turist harasa gedəndə o darıxmamalıdır, yalnız ziyarət "gördü-getdi" ilə bitməməlidir. Turist həm gəzməli, görməli, məlumatlanmalı, həm də vaxtını xoş keçirməli, dincəlməli, əylənməli, istədiyi formada qidalanmalıdır".![]()
Vahid endirim kartı - Bu yaxınlarda Bakıda istifadəyə çıxarılacaq
K.Quluzadə qeyd edib ki, Agentliyin tabeçiliyinə verilən digər qoruqlarda da bərpa işləri nəzərdə tutulur: "Bura Bakıda 2, regionlarda 5 olmaqla 7 qoruq daxildir. Bunlar Bakıda "Yanardağ" və "Atəşgah", İsmayıllıda Lahıc və Basqal kəndləri, Qubada Xınalıq, Şəkidə Kiş kəndi və Yuxarı Baş qoruqlarıdır. Bununla bağlı artıq təkliflər formalaşdırılır. Əsas məsələ yerli tarixi irsi qorumaqla bu əraziləri turistlər üçün daha cəlbedici yerə çevirməkdir. Bunun üçün həm orada infraskturkturun dəyişməsi, bərpa, eləcə də yerli icma ilə məlumatlandırıcı işlərin aparılması nəzərdə tutulur. Çoxlu planlar var. Bunun üçün bizim mütəxəssislər artıq monitorinqlərə başlayıb. Eyni zamanda yerli alim və memarların da potensialından istifadə ediləcək, eləcə də xarici mütəxəsisslərlə məsləhətləmələr aparılacaq. Biz dünyada qabaqcıl təcrübələri və yenilikləri tətbiq etmək istəyirik, ona görə də bunları etməliyik. Bu 7 qoruq ən çox turist cəlb edən məkanlara şevrilməlidir. Onların potensialı var ki, əsl turizm brendinə çevrilsinlər".![]()
Agentliyin sözçüsü əlavə edib ki, bundan başqa milli parklarda da insanlara, turistlərə daha yaxşı, yüksək səviyyəli xidmət göstərilməsi üçün yeni, müasir idareətmə sisteminə keçilməsi ilə bağlı təkliflər var. Bununla əlaqədar artıq digər dövlət qurumları ilə məsləhətləşmələr, müzakirələr gedir.
Rubrika.az
Facebook-da paylaş












