Bakıda çay evində yanğın olub

Bakıda çay evində yanğın olub.
Rubrika.az xeber verir ki, FHN-dən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 834 m² olan üçmərtəbəli tikilinin (çay evi kimi fəaliyyət göstərir) mətbəxində lambirdən ibarət tavan 2 m² sahədə və 2 p.m elektrik kabeli yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Rubrika.az
Facebook-da paylaş










