Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlandı

Ali təhsil müəssisələrinə qəbul üçün keçirilən müsabiqənin nəticələri açıqlandı.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsabiqədə iştirak edənlər iş nömrəsini 7727-ə göndərməklə müsabiqənin nəticəsi ilə tanış ola bilərlər. Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.
***
Ali təhsil müəssisələrinə qəbul üçün keçirilən müsabiqənin nəticələri bu gün ərzində elan ediləcək.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur. Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər
Rubrika.Az
Facebook-da paylaş














