Putini toya çağırdılar: O, gedəcək
![]()
Rusiya prezidenti Vladimir Putin Avstriyanın xarici işlər naziri Karin Knaysl və Volfqanq Maylingerin toyuna dəvət alıb və buna müsbət cavab verib.
Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, bu məlumatı Putinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib:
“Bəli, yolüstü Berlinə də dönəcək”.
Karin Knaysl Putini toyuna iyunun əvvəlində Vyanada səfərdə olarkən dəvət edib.
Toy mərasimi avqustun 18-də keçiriləcək. Təhlükəsizliyi Avstriyanın “Kobra” xüsusi bölməsinin zabitləri təmin edəcəklər.
Rubrika.az
Facebook-da paylaş










