Zəlzələ İranı silkələdi

İranın şimalında 4 bal gücündə zəlzələ baş verib. Rubrika.az Modern.az -a istinaden xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, "UTC" vaxtı ilə saat 15:29-da qeydə alınan yeraltı təkanların episentri ölkənin paytaxtı Tehran şəhərindən 329 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib
Rubrika.az
Facebook-da paylaş















