“Manafın günahı yoxdur, Mətanət isə...” – şəhid anası

Müğənni Mətanət Əsədovanı içki içən zaman çəkən və yayan şəxsin anası danışıb.
Rubrika.Az Musavat.com-a istinadla xəbər verir ki, sözügedən şəxsin anası Sevil xanım “Hər şey daxil” verilişinə zəng edib və yaşananlara münasibət bildirib:
“Mətanət mənə zəng edib, dedi ki, qarşında diz çöküb, əlindən öpürəm, sən şəhid anasısan, biz sənə borcluyuq. Mətanət elə etdi ki, özümü günahkar bildim. Manafın heç bir günahı yoxdur, övladlarımla dostdur. Bu söz-söhbəti yığışdırsınlar. Mətanət də gözəl qadındır, mənə hörmət etdi. Dedi, gəlmə, sənin əvəzinə hər şeyi həll edəcəyəm”.
Qeyd edək ki, müğənni Manaf Ağayev M. Əsədovanın videosunu yayan şəxsin və anasının müğənninin qarşısında diz çökdüyünü deməsi tənqid olunub.
Rubrika.Az
Facebook-da paylaş















