Rusiya Mərkəzi Bankının binasında yanğın - VİDEO

Rusiya Mərkəzi Bankının Moskvanın Neqlinnaya küçəsində yerləşən inzibati binasında yanğın baş verib. Rubrika.az Modern.az -a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəhbəri bildirib.
Məlumata görə, yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə 92 nəfərdən ibarət 26 yanğınsöndürmə briqadası göndərilib. Alov 30 kvadratmetri əhatə edib. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Rubrika.az
Facebook-da paylaş















