İŞİD-dən Suriya ordusuna hücum: çoxlu sayda ölən var
![]()
Suriyada İŞİD (İslam dövləti terrorçu qruplaşması) silahlıları Əsəd qüvvələrinin blok-postu yaxınlığında terror aktı törədiblər.
Oxu.Az-ın “Əl-Masdar”a istinadən verdiyi məlumata görə, avtomobildə olan partlayıcı qurğunun işə düşməsi nəticəsində 40-dək əsgər ölüb və ya yaralanıb.
Hadisə Es-Suveyd əyalətində baş verib.
İŞİD silahlıları Dəməşqdən 92 kilometr aralıda Əsəd qoşunlarının mövqelərinə əks-hücumlar ediblər.
Rubrika.Az
Facebook-da paylaş














