Müğənninin ölümündə həkimi günahlandırılır

Amerikalı pop ulduz Prins iki il öncə narkotik tərkibli həblərdən dozadan artıq istifadə etdiyinə görə həyatını itirmişdi.
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, Maynpolisdəki mənzilindən ölü tapılan müğənninin evində axtarışlar zamanı narkotik tərkibli dərmanlar tapılmışdı.
Ölümündən həftələr sonra isə onun yüksək dozada fentanil, heroindən 50 qat daha güclü olan sintetik həblər qəbul etdiyi açıqlanmışdı.
Toksikologiya sənədinə görə, Prinsin yüksək dozada fentanil maddəsi qəbul edərək öldüyü təsdiqlənmişdi.
İndi isə sənətçinin ailəsi narkotik tərkibli dərman yazan həkim Maykl Şulenberqi məhkəməyə verib. Ailə həkimin müğənniyə yanlış dozada həblər verdiyini və düzgün müalicə aparmadığını iddia edir. Reseptlərin yenidən analiz edilməsini istəyən ailə həkimdən və xəstəxanadan şikayət yazıb.
Qeyd edək ki, Prins 21 aprel 2016-cı ildə vəfat edib.
Rubrika.Az
Facebook-da paylaş












