Baxtadze Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNİB + FOTO
![]()
Gürcüstanın baş naziri Mamuka Baxtadze avqustun 30-da Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Gürcüstanın baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.![]()
![]()
Azərbaycanda səfərdə olan Gürcüstanın baş naziri Mamuka Baxtadze avqustun 30-da Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Oxu.Az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.![]()
![]()
Rubrika.az
Facebook-da paylaş












