“Onlara “qıjı” demək olmaz” – reperdən Səidəyə cavab

“Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov müğənni Səidə Sultanın bir çox müğənniləri “qıjı” adlandırmasına münasibət bildirib.
Rubrika.az xeber verir ki, Musavat.com-a açıqlama verən ifaçı deyib ki, insanları zövqünə görə kateqoriyaya bölmək doğru deyil:
“Səidənin xətrini çox istəyirəm. “Qıjı” kimlərə deyilir? Hər musiqiçinin öz dinləyicisi var. Bayağı və ya bayağı olmayan mahnı yoxdur, hər kəsin özünəməxsus zövqü var. İstedadlı gənc müğənnilər var. Amma keyfiyyətsiz mahnılar oxuyub, insanların sevgisini qazananlar da az deyil. Zövqlər dəyişib. Dinləyiciləri “qıjı”, elitar deyə kateqoriyalara bölmək, onları alçatmaq olmaz. Bizim gözəl mahnılarımız olsa da, dinləmirəm. bir az elektron musiqiyə qulaq asıram”.
Qeyd edək ki, Səidə Sultan insanların musiqi zövqünü tənqid etmişdi:
“Heç vaxt demirdim, amma artıq deyirəm: biz "qıjılaşmışıq", artıq "qıjıyıq". Kimin xətrinə dəyirsə, öz payına götürürsə, özü bilər. Amma çox heyf, o qıjılara görə, musiqimiz də bərbad günə qalıb. Davranışımız da, şəhərimiz də onlara görə pis, sözbaz günə qalıb. Bezirik bəzən. Siz "qıjılara" görə nə qədər azərbaycanlı vətəndən gedir. "Qıjılar", çoxsunuz. Amma nə edək, dözməliyik. Gəlin bir "qıjı" bayramı keçirək”.
Rubrika.az
Facebook-da paylaş









