Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib

Ağstafa rayonunun Böyük Kəsik kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.
Rubrika.az “Report” a istinaden xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1960-cı il təvvəllüdlü sürücü Eminov Elxan Əsgər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Rubrika.az
Facebook-da paylaş















