Rusiyanın dövlət bankı ABŞ-ı tərk etdi
![]()
Rusiyanın dövlət maliyyə strukturu olan VTB ABŞ-dakı törəmə şirkətini satıb.
Rubrika.az Oxu.Az a istinadən xəbər verir ki, “VTB Capital" elə VTB-nin menecmentinə satılıb.
Bundan sonra “VTB Capital” adını dəyişərək (Xtellus Capital Partners) ABŞ bazarında müstəqil fəaliyyət göstərəcək.
Anlaşmaya əsasən, “Xtellus Capital Partners” Rusiyanın VTB qrupu üçün ABŞ bazarında broker-diler funksiyasını yerinə yetirəcək. Bu isə bankın müştərilərinə ABŞ bazarında investisiyalara çıxış imkanlarını qoyuyub saxlamağa imkan verəcək.
Rubrika.az
Facebook-da paylaş













