Azərbaycanın FIFA referisi yoldaşlıq oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasındakı yoldaşlıq oyununa təyinat alıb.
Rurbik.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağayev sentyabrın 10-da Rostov şəhərində keçiriləcək matçın baş hakimi olacaq.
Yan xətt hakimi funksiyasını isə Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcəklər.
Rubrika.Az
Facebook-da paylaş












