Yerevanın İran-Ermənistan dəmir yolu üçün pulu yoxdur

İran-Ermənistan dəmir yolu xəttinin tikintisi üçün külli miqdarda investisiya lazımdır, erməni hökumətinin bu gün belə vəsaiti yoxdur.
rUBRIKA.AZ Oxu.Az-a istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ermənistanın rabitə, nəqliyyat və informasiya texnologiyaları naziri Aşot Akopyan deyib.
“Ancaq faydalı təkliflər olarsa, biz bu təşəbbüsü qəbul edəcəyik və müqaviləni yerinə yetirəcəyik”, - Akopyan əlavə edib.
RUBRIKA.AZ
Facebook-da paylaş







