Oksana: “Aldığım qonorarı açıqlasam...”

Rəqqasə-aktrisa Oksana Rəsulova məşhurların filmdən aldığı qonorarın azlığından gileylənib.
Rubrika.az xeber verir ki, Oksana Resulova Musavat.com-a açıqlamasında deyib ki, bəzən rol aldığı filmlərdən pul almır: “Azərbaycanda kino sahəsi təzə-təzə inkişaf etməyə başlayıb. Təəssüf ki, texniki avadanlığa, operatora, rejissora ayrılan pul yetərli məbləğdə olsa da, aktyorlara pul çatmır sanki. Dost-tanış olduğumuz xatırlanıb, ya az məbləğ verilər, ya da pulsuz çəkilməyimizi istəyirlər. Mənə az qonorar deyəndə dostlarım üçün pulsuz çəkilirəm. Azərbaycanda film üçün aktyora ödənilən məbləğ çox azdır. Reklamlar isə fərqlidir. 1 dəqiqəlik reklam qonorarım saat yarımlıq kino qonorarından qat-qat çoxdur. Reklam sponsor tərəfindən maliyyələşir. Ona görə problem olmur. Kinoda isə elə deyil, insanlar öz hesabına çəkilişlər edir, dostluq münasibətləri araya girir. Kinodan aldığım qonorarı açıqlasam, heç kim reklamdan aldığım məbləği mənə verməz. Çünki arasında çox fərq var. Bir filmdən 200-300 min qonorar alsam, açıqca deyərdim. Şahrux Xan bir filmdən 5 milyon qonorar alır. Bunu hamı bilir. Bəzən baxıram ki, rejissor öz cibindən yaradıcılıq, kino sahəsinin inkişafı üçün xərc çəkir, büdcəsi azdır, ailəsinin boğazından kəsib, nələrsə edir. O zaman pul almıram. Deyirəm ki, iş uğurlu olar, qazanarsan, qonorarımı onda verərsən. Bunu müqavilə şəklində də yazırıq. Kino sahəsinin inkişafı üçün bir çox güzəştlər edirik ki, gözəl işlər olsun”.
Rubrika.az
Facebook-da paylaş













