Zaqatalada qadın dərmandan zəhərlənib

Zaqatala rayonunda iki övlad anası dərmandan zəhərlənib.
Rubrika.az “Report”un yerli bürosu-na istinaden məlumatına görə, rayonun Muxax kənd sakini 1987-ci il təvəllüdlü Rəna Qurban qızı Kərimova bu gün zəhərlənmə əlamətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.
MRX-dan “Report”a verilən məlumata görə, müayinə zamanı iki övlad anası olan Rəna Kərimovanın hələ ki, məlum olmayan səbəbdən dərmandan zəhərlənməsi məlum olub. Həkim müdaxiləsindən sonra Rəna Kərimovanın vəziyyəti stabilləşib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş















