Tramp müafiə nazirinə Bəşər Əsədi öldürmək barədə əmr verib? - İDDİA
![]()
Amerikalı yazıçı Bob Vudvord yeni kitabında prezident Donald Trampla bağlı iddialarla çıxış edib.
Rubrika.Az-ın məlumatına görə, "Qorxu: Tramp Ağ Evdə" adlı kitabda deyilir ki, Tramp 2017-ci ildə İdlibə kimyəvi silah hücumunda ittiham edilən Bəşər Əsədi hədəf alıb və müdafiə naziri Ceym Mattisə "Onların hamısını öldürmək" üçün göstəriş verib. Mattis Trampa müsbət cavab versə də, soyuqqanlı davranaraq əmrə əməl etməyib. ABŞ Milli Təhlükəsizlik komandası o dövrdə digər hücum planı hazırlayaraq həyata keçirib.
Vudvord həmçinin Trampın 5 və 6-cı dərəcəli kəşfiyyata sahib olduğunu yazır.
Rubrika.Az
Facebook-da paylaş














