İranda güclü zəlzələ, ölən var - YENİLƏNİB
![]()
İranın cənub-şərqində baş vermiş zəlzələ nəticəsində bir nəfər ölüb.
Rubrika.az Oxu.Az-a istinadən xəbər verir ki, İranşəhr şəhərində 18 yaşlı qız ölüb, daha iki nəfər afterşoklar nəticəsində xəsarət alıb.
12.41
İranın şərqində, Bam şəhərindən 126 kilometr aralıda güclü zəlzələ baş verib. Yeraltı təkanlar Rixter şkalası üzrə 5,5 bal olub.
Oxu.Az Newsru.co.il portalına istinadla xəbər verir ki, zəlzələ bu gün səhər saatlarında baş verib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir. Bam və Zahedan şəhərləri arasındakı rayon seysmik cəhətdən qeyri-stabil hesab edilir.
Ötən il İranda baş verən 7,3 bal gücündə zəlzələ zamanı 500 nəfər ölüb, altı mindən çox insan yaralanıb.
Rubrika.Az
Facebook-da paylaş















