Paşinyan və Putin Köçəryanın işini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin sentyabrın 8-də Moskvada keçirilmiş görüşdə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın məsələsini müzakirə ediblər.
Rubrika.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Nikol Paşinyan “Tavuş naminə mənim addımım” investisiya konfransından sonra jurnalistlərlə söhbətində deyib.
Görüşdə Köçəryanın məsələsinin müzakirə olunub-olunmaması barədə sualı Paşinyan belə cavablandırıb: “Qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə olunub”. Lakin təfərrüatlar açıqlanmayıb.
Rubrika.Az
Facebook-da paylaş









