Yerevanda silahlı insident
![]()
Sentyabrın 9-da Yerevanda silahlı insident baş verib.
Oxu.Az-ın erməni KİV-ə istinadən məlumatına görə, hadisə “Razdan” stadionunun yaxınlığında baş verib.
Atışmada 20-yə yaxın insanın iştirak etdiyi bildirilir. İnsident nəticəsində bir nəfər ağır yaralanıb.
26 yaşlı Robert T. xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan o, hüquq-mühafizə orqanlarına izahat verə bilməyib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş









