Rafael Ağayev finalda: rəqibi yapon idmançıdır
![]()
Almaniyanın paytaxtı Berlində keçirilən Karate1 Premyer Liqa yarışında öz çəkisində dünyanın bir nömrəli idmançısı olan Rafael Ağayev finala yüksəlib.
Rubrika.az Oxu.Az-a istinadla xəbər verir ki, 75 kq çəki dərəcəsində Olimpiya çempionluğuna namizədimiz bütün rəqiblərinə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.
O, finalda karatenin vətəni Yaponiyanı təmsil edən Yusey Sakiyama ilə üz-üzə gələcək.
Rubrika.Az
Facebook-da paylaş










