Ali Baş Komandan üçün əlamətdar gün - Qoy əsgər atası olan cənab Ali Baş Komandanımız tezliklə həm də Azərbaycanın qalib sərkərdəsi olsun!
![]()
Hər zaman xalqla birlikdə olan, qüdrətli Azərbaycan dövlətinin memarı olan cənab Prezident bu gün həm də əsgər atasıdır
Sentyabrın 15-i təkcə Azərbaycanın deyil, bütün türk dünyasının tarixində mühüm hadisə baş verdi. Bakının erməni-daşnak quldurlarından azad olunmasının100 illiyi elə hadisənin adına layiq şəkildə qeyd edildi. Türk birliyinin, qardaşlığının təntənəsinə çevrilən möhtəşəm 100 illik yubuley tədbiri həm də bütün dünyaya bir mesaj idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında qeyd etdiyi kimi biz 100 il əvvəl də bir yerdə idik, bu gün də bir yerdəyik. Bir millət iki dövlətin prezidentlərinin 100 illiyin paradındakı çıxışları bütün dünyaya əhəmiyyətli mesajlar çatdırdı. Bütün dünya bir daha şahid oldu ki, yüz illər keçsə də türk qardaşlığı, birliyi sarsılmazdır. Bu həm də hər bir Azərbaycan türkünün qəlbində böyük qələbəyə olan inamı bir daha möhkəmləndirdi. 100 illiyin paradı Azərbaycan ordusunun böyük gücünü, qüdrətini dünyaya və ən əsası düşmənə göstərdi. Müzəffər Azərbaycan ordusunun tezliklə Xankəndində, Şuşada qələbə paradına çıxacağı gün uzaqda deyil. Güclü lider, güclü ordu tandemi böyük qələbəni hər an yaxınlaşdırır !
16 sentyabrda isə cənab İlham Əliyev təkcə Ali Baş Komandan kimi yox, həm də bir ata kimi Azərbaycan əsgərlərinin andiçmə mərasimində iştirak etdi. Hər zaman xalqla birlikdə olan, qüdrətli Azərbaycan dövlətinin memarı olan cənab Prezident bu gün həm də əsgər atasıdır. Bu faktın özü hər bir Azərbaycan əsgərinə əlavə güc, ruh verir. Bu həm də ordumuzun qüdrətinin, gücünün nümayişidir!
Rubrika.az saytının kollektivi cənab Prezidenti, birinci vitse-prezident Mehriban xanımı ürəkdən təbrik edir, ən xoş arzularını çatdırır. Tanrı bütün Azərbaycan əsgərlərini qorusun! Ordumuzun zəfər yürüşünə gedən yolu həmişə açıq olsun! Qoy əsgər atası olan cənab Ali Baş Komandanımız tezliklə həm də Azərbaycanın qalib sərkərdəsi olsun !
Rubrika.Az
Facebook-da paylaş













