Ermənistanın hərbi rəhbərliyi Paşinyanı aldadır - Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi Ermənistanın baş naziri Nikol Paşiyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə dediklərinə cavab verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Paşiyanın dedikləri cəfəngiyyatdır: “Xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib. Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir”.
Rubrika.Az
Facebook-da paylaş
















