İranda yol qəzası - 21 ölü, 3 yaralı
![]()
İranın İsfahan vilayətində yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində 21 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Qəza ötən gecə 23.15 radələrində baş verib. Tehrandan Kərmana hərəkət edən sərnişin avtobusu, yanacaq daşıyan avtomobil ilə toqquşub.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Rubrika.Az
Facebook-da paylaş










