Moskvada “NIKOIL Bank"ın keçmiş rəhbəri saxlanılıb
![]()
Moskvada Azərbaycanın “NIKOIL Bank” bankının İdarə heyətinin keçmiş sədri Vasili Xamaza saxlanılıb.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, Rusiya hüquq-mühafizə orqanları V.Xamazanın saxlanılması barədə azərbaycanlı həmkarlarını məlumatlandırıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və vəsaitlərin mənimsənilməsi ittihamları ilə federal və beynəlxalq axtarışa verilmişdi.
V.Xamaza 2005-ci ildən 2017-ci ilin iyulunadək İdarə heyətinin sədri olduğu “NIKOIL Bank”dan onlarla milyon manat vəsaitin mənimsənilməsində ittiham olunur.
Rubrika.Az
Facebook-da paylaş















