Rusiya, Türkiyə və İran XİN rəhbərləri ABŞ-da Suriyanı müzakirə edəcəklər
![]()
Rusiya, Türkiyə və İran xarici işlər nazirləri gələn həftə Nyu-Yorkda görüşəcəklər.
Rubrika.Az Oxu.Az -a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Surinama səfəri zamanı deyib.
O bildirib ki, BMT Baş Assambleyası çərçivəsində keçiriləcək üçtərəfli görüşdə Suriya məsələsi müzakirə olunacaq.
“Suriyada atəşkəsi tam şəkildə təmin etmək və diqqəti münaqişənin siyasi nizamlanmasına yönəltmək lazımdır”, - deyə o vurğulayıb.
Rubrika.Az
Facebook-da paylaş









