ABŞ siyasətində daha bir cinsi təcavüz qalmaqalı : Trampın başı dərddə

ABŞ prezidenti Donald Trampın Ali Məhkəmə üzvlüyünə namizəd göstərdiyi hakim Brett Kavanauqh haqqındakı qalmaqalların ardı arxası kəsilmir.
Rubrika.Az Avropa.info-ya istinaden xəbər verir ki, Kavanauqhın Yele universitetində oxuduğu zaman yoldaşı olduğunu bildirilən Deborah Ramirez, “New Yorker” jurnalına açıqlamasında yataqxanadakı bir parti zamanı hakimin ona cinsi təcavüz cəhdi etdiyini deyib.
Ötən həftə isə rofessor Kristin Blasey Ford, 1982-ci ildə Kavanaughın cinsi təcavüz cəhdinə məruz qaldığını irəli sürmüşdü. Ford məsələylə bağlı cümə günü Senatda ifadə verəcək.![]()
Brett Kavanauqh və Kristin Blasey Ford
ABŞ-da mübahisəli qanun layihələri ilə bağlı son sözü doqquz üzvü olan Ali Məhkəmə deyir. Bu səbəbdən də məhkəmə üzvlərinin təsdiqinə böyük əhəmiyyət verilir.
Brett Kavanauqhın ona təcavüz cəhdi etdiyini bildirən Deborah Ramirez hadisə zamanı tələbələrin partidə içki içmə oyunu oynadıqlarını bildirib.
“Tələbələr qrupda işarə etdikləri adamdan içki içməsini istəyirdilər. Bir müddət sonra, bir tələbə və Kavanauq mənə təcavüz etməyə çalışdılar. Onları itələməyə çalışırdım. O gün çox utandım və alçaldım”- Deborah Ramirez belə deyib.![]()
Brett Kavanauqh və Deborah Ramirez
“New Yorker”in yazdığına görə, 53 yaşındakı Ramirez spirtli içkilərin təsiri ilə bəzi şeyləri xatırlamır. Xəbəri qələmə alan jurnalistlər, Ramirezin iddiaları ilə bağlı onlarca sinif yoldaşıyla əlaqə qurduqlarını, üç tələbənin hadisəni eşitdiyini və ya belə bir şeydən bəhs edildiyini xatırladıqlarını bildirirlər. Qrupda olduqları deyilən iki nəfər isə iddianı rədd edib.
Məsələylə bağlı yazılı açıqlama verən Brett Kavanauqh isə ona böhtan atıldığını deyib.
“35 il öncə baş verdiyi iddia edilən bu hadisə heç vaxt baş verməyib. O zaman məni tanıyanlar belə bir şey olmadığını bilirlər və bunu deyirlər.”
Ağ Ev isə təcavüz cəhdi iddiasını “demokratların yaxşı bir adamı qaralamağa yönəlmiş böhtan kampaniyasının tərkib hissəsi” kimi qiymətləndirib və Kavanauqhın arxasında durduqlarını açıqlayıb.
Rubrika.Az
Facebook-da paylaş













