Biləsuvarda xeyli sayda partlamamış hərbi sursat aşkarlandı - FOTO
![]()
Biləsuvar rayonu ərazisində 33 ədəd partlamamış hərbi sursat aşkar olunub.
Rubrika.Az xeber verir ki, bu barədə Oxu.Az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Bildirilir ki, ANAMA mütəxəssisləri və Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində baxış keçirilib.
Aşkar olunan partlamamış hərbi sursat zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. ![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş












