Turizm və Menecment Universiteti Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılıb

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.
Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə görə, Turizm və Menecment Universiteti Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılaraq Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.
Rubrika.Az
Facebook-da paylaş









