Nikoldan növbəti Qarabağ açıqlaması: Güzəşt…
![]()
Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə deyil, tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır.
Rubrika.Az Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zamanı deyib.
Paşinyan çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin guya İrəvanın xarici siyasət gündəliyində ilk sırada durduğunu, həmçinin ölkəsinin problemin həlli istiqamətində "konstruktiv" danışıqları davam etdirəcəyini deyib:
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bizim xarici siyasət gündəliyimizdə birinci yeri tutur. Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqları davam etdirəcək".
Rubrika.Az
Facebook-da paylaş















