Rusiyada peykləri vura bilən raket kompleksi üzərində iş yekunlaşmaqdadır
![]()
Rusiyada S-500 zenit-raket kompleksi üzərində iş bitmək üzrədir.
Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Yuri Borisov deyib.
O qeyd edib ki, Rusiya istehsalı olan zenit-raket kompleksləri xarici analoqlarla müqayisədə daha üstündür.
Qeyd edək ki, S-500 raket-zenit kompleksi yaxın kosmosdakı hədəfləri də, konkret olaraq aşağı orbitdə uçan peykləri vura bilər.
Rubrika.Az
Facebook-da paylaş







