SOCAR Rusiyada metanol zavodu tikməyi planlaşdırır

"SOCAR Rusiyada metanol zavodu tikməyi planlaşdırır".
Rubrika.Az “Report”a istinaden xəbər verir ki, bunu “SOCAR Polymer” şirkətinin baş direktoru Fərid Cəfərov Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bununla bağlı Rusiya şirkəti ilə danışıqlar aparılır: “Söhbət irimiqyaslı istehsalatdan gedir. Biz "SOCAR Polymer" təcrübəsini daha da artırmaq fikrindəyik”.
F.Cəfərov sözügedən layihənin Rusiyada qazın sərfəli qiyməti sayəsində rəqabətqabiliyyətli ola biləcəyini vurğulayıb: "Zavodda Rusiya xammalının istifadə ediləcəyi güman olunur".
Rubrika.Az
Facebook-da paylaş







