Avropanı ayağa qaldıran erməni seksual manyak tutuldu

Belçika polisinin qaçaq cinayətkarları izləyən xüsusi qrupu (FAST) erməni mənşəli seksual manyak Hayk Terteryanın izinə düşüb.
Rubrika.Az Publika.az-a istinadən xəbər verir ki, müxtəlif Avropa İttifaqı ölkələrində gizlənmiş Terteryan bu günlərdə Polşada aşkar edilib.
Terteryan Belçika polisinin “ən çox axtarılan şəxslər” siyahısındadır. O, 2011-2012-ci illərdə Belçikanın Ostend şəhərində beş zorlama cinayətində ittiham olunur. Belçika məhkəməsi bu ermənini qiyabi olaraq, cəzasını ciddi rejimli həbsxanada çəkmək şərtilə 15 il azadlıqdan məhrum edib.
Cinayətkar Terteryan Polşada saxlanılmazdan əvvəl bir şəxsə ağır bədən xəsarətləri yetirib və məlum olub ki, Terteryanın sənədləri saxtadır. Onun əsl şəxsiyyəti barmaq izləri müəyyən edilib.
Onun tezliklə Belçikaya ekstradisiya ediləcəyi bildirilir.
Rubrika.Az
Facebook-da paylaş







