Sumqayıtda binada yanğın olub, 4 nəfər təxliyə edilib

Sumqayıtda sahəsi 35 kv.m olan mənzildə yanğın olub.
Rubrika.Az Trend-e istinadən məlumatına görə, məzildə mebel dəsti və məişət avadanlığı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub, 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş












