"Onun sifətini görmək istəmirəm"- arvadını öldürən şəxsin məhkəməsi

Avadını qisqanclıq zəminində öldürməkdə təqsirləndirilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
Rubrika.Az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə məhkəmə iclasına Vüsalə Cavadova şahid qismində dəvət edilib.
Vüsalə Cavadova mərhum Günelin bacısıdır. O, əvvəlcə Elvin Qəhrəmanlının sifətini görmək istəmədiyini deyib.
Bacısının günahsız olduğunu deyən Vüsalə Cavadova istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib.
Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib.
1993-cü il təvəllüdlü Elvin Qəhrəmanlının qətlə yetirdiyi arvadından iki övladı var. Uşaqların birinin 7, digərinin isə 5 yaşı var.
Hadisə bu il yanvarın 22-də Bakının Qaradağ rayonunda baş verib. Rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.
Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir. Məlumata görə, E.Qəhrəmanlı xanımının başqa şəxslə telefonla danışdığını görüb. Daha sonra onlar arasındakı mesajları oxuyub. Bundan sonra arvadını boğaraq qətlə yetirib.
10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən E.Qəhrəmanlı həbs edilib. E.Qəhrəmanlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Rubrika.Az
Facebook-da paylaş








