“Avrotunel”in sabiq prezidentini relslərin üzərinə itələdilər - VİDEO

Naməlum şəxs “Avrotunel”in sabiq rəhbəri, 91 yaşlı Robert Malpası London metrosunda relslərin üzərinə itələyib.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, cinayətkar qara paltarda olub və üzünü gizlətməyi bacarıb.
Malpası hadisə şahidlərindən biri xilas edib.
İnsident nəticəsində “Avrotunel” eks-prezidentində kəllə-beyin travması əmələ gəlib və çanaq sümüyü sınıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat şübhəli şəxs qismində 46 yaşlı britaniyalı Pol Krossli saxlanılıb.
Rubrika.Az
Facebook-da paylaş













