Tovuzda 6 yaşlı uşaq ağacdan yıxılıb ağır travma aldı
![]()
Tovuzda azyaşlı ağacdan yıxılıb.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Çeşməli kəndində baş verib.
Kənd sakini, 2012-ci il təvəllüdlü Məmmədli Kənan Vüqar oğlu həyətlərində meyvə ağacından yıxılıb.
Azyaşlı ağır kəllə-beyin travması ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş
















