ABŞ hakimiyyəti rus oliqarxın mülklərinə həbs qoydu

ABŞ hakimiyyəti rusiyalı biznesmen Oleq Deripaskanın Nyu-York və Vaşinqtondakı aktivlərinə həbs qoyub.
Musavat.com xarici agentliklərə istinadən bildirir ki, bu barədə “The New York Post” qəzetində məlumat verilib.
Qəzetin xəbərinə görə, ABŞ Maliyyə Nazirliyi hazırda biznesmenlə Avropadakı aktivlərindən də vaz keçməklə bağlı danışıqlar aparır.
Yazıda Deripaksanın Nyu-Yorkdakı mülkü 2008-ci ildə 42,5 milyon dollara aldığı qeyd olunub. Nyu-Yorkun prestijli Manhetten bölgəsindəki İst-Sayd rayonunda, 64-cü küçəsində 5 mərtəbəli malikanə Deripaskaya məxsusdur. Həmin evin mərkəzi parkın yanında yerləşməsi onun qiymətini bir neçə on milyon dollara qədər qaldırıb.
Deripaskanın mülkünün yaxınlığında isə daha bir keçmiş sovet vətəndaşı və biznesmen Leonard Blavatnikin 90 milyon dollara aldığı malikanə yerləşir.
Aktivlərinə həbs qoyulmasına baxmayaraq Oleq Deripaska ona məxsus binalarda başqa bir ortağının, oliqarx Roman Abramoviçin keçmiş arvadının və onu uşaqlarının yaşamasına razılıq alıb.
“NYP”-in sentyabrdakı xəbərində isə Abramoviçin Manhettendəki 92 milyon dollarlıq aktivlərini keçmiş arvadı Darya Jukovaya verdiyi xəbər verilmişdi.
Darya Jukovanın ABŞ prezidentinin qızı İvanka Trampla rəfiqəlik etdiyi hər kəs məlumdur. Abramoviçlə birlikdə onlar həm İvanka, həm də onun həyat yoldaşı, Donald Trampın müşaviri Cared Kuşnerlə tez-tez vaxt keçiriblər. Hazırda kübar cəmiyyətin həyatını işıqlandıran mətbuat Darya Jukovanın yunanıstanlı gəmi maqnatı Stavros Niarxos, Abramoviçin özünün isə Deripaskanın keçmiş arvadı Polina Yumaşova ilə yaxınlığından yazır.
Rubrika.Az
Facebook-da paylaş








