“Xaricdə təhsil alan tələbələr əmək haqqının azlığına görə yenidən geri qayıdır” -Qüdrət Həsənquliyev

Rubrika.Az Musavat.com-a istinaden xeber verir ki, Milli Məclisin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev növbəti dəfə ölkədəki rusdilli məktəblərlə bağlı mövzuya toxundu.
Dedi ki, ölkəmizdə yeni rusdilli məktəblərin açılması barədə qərarı təqdir edir: “Amma bununla yanaşı, ölkəmizdə inglis dilinin öyrənilməsinə də ehtiyac var və bu dilin öyrənilməsi ilə bağlı dövlət proqramı qəbul edilməlidir. Bir məsələni də qeyd edim ki, Azərbaycanda ingilis dilli məktəblər var, lakin onlar çox bahalıdırlar. İngilisdilli pulsuz məktəblərin olmasına ehtiyac var”.
Q.Həsənquliyev Rusiyanın Azərbaycanda daha 3 universitetinin filialını açmaq niyyətində olduğunu söylədi. Qeyd etdi ki, dünyanın ilk 200-lüyünə daxil olan ali məktəblərin ölkəmizdə filialının açılması istiqamətində işlər görülməlidir.
Deputat xaricdə təhsil alan tələbələrin Azərbaycanda işlə təmin olunması məsələsinə də toxundu: “Çox təəssüf ki, xaricdə təhsil alan tələbələr ölkəmizə qayıtdıqdan sonra burada əmək haqqının azlığına görə çalışmaq istəmir, yenidən geri qayıdırlar. Həmin uşaqlar üçün fərqli maaş təklif etmək imkanı olmalıdır. Biz dövlət orqanları, idarə təşkilatları üçün belə bir imkan yaratmalıyıq ki, fərqli əmək haqqı imkanları yarada bilsinlər. Xaricdə təhsil alan tələbələr kadr ehtiyatı kimi geri çağırılmalıdır”.
Rubrika.Az
Facebook-da paylaş













