Lavrov: ABŞ Suriyada “böyük Kürdüstan” yaratmaq istəyir
![]()
Vaşinqton Suriyada Fırat çayının şərq sahilində alternativ hakimiyyət orqanları yaratmaqla, orada kvazi dövlət yaratmağa çalışır yaxud da “böyük Kürdüstan” ideyası ilə bağlı təhlükəli oyuna hazırlaşır.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu Fransa mətbuatına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov ABŞ-ın bu bölgədə daim gərgin vəziyyətin davam etməsində maraqlı olduğunu bildirib.
“Belə çirkli suda onlar üçün istədikləri balığı tutmaq daha asan olur”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, belə oyunlar heç vaxt yaxşı bitməyib.
Rubrika.Az
Facebook-da paylaş












