Ərdoğanın Trampın təşəkkürünə cavabı gecikmədi...

ABŞ prezidenti Donald Tramp keşiş Endryu Bransonun sərbəst baraxılmasının ardından öz “Twitter” hesabından Rəcəb Tayib Ərdoğana bu məsələdə yardımları üçün təşəkkürünü bildirib.
Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, öz növbəsin Ərdoğan Trampın təşəkkürünə sosial media hesabından qarşılıq verib.
Belə ki, “hörmətli Donald Tramp hər zaman qeyd etdiyim kimi, Türkiyə məhkəməsi öz qərarını bağımsız bir şəkildə verib”- deyə qeyd edib.
İki liderin sosial media üzərindən verdiyi açıqlama Bransonun Amerikaya yola düşdüyü saatlarda baş verib.
Rubrika.Az
Facebook-da paylaş












