AÇ: Azərbaycan İtaliyaya qalib gəldi
![]()
Yunanıstanda keçirilən şahmat üzrə klublararası Avropa çempionatında (AÇ) IV tur başa çatıb.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, kişilərdən ibarət “Odlar Yurdu” komandamız İsrailin “Beer Şeva” klubu ilə üz-üzə gəlib.
Görüşdə qalib müəyyənləşməyib - 4:4. İlk xal itkisi ilə üzləşən komandamız yeddi xalla III pillədədir.
“Odlar Yurdu”nun qadınlar komandası isə İtaliyanın “Çaissa” klubu ilə üzləşib. Qızlarımızın dördü də öz görüşlərini qələbə ilə başa vurub - 4:0. Komandamız dörd xalla öz qrupunda III pillədədir.
Rubrika.Az
Facebook-da paylaş









