İstanbulun yeni aeroportundan ilk uçuşlar Bakıya olacaq – Biletlər satılır
![]()
İstanbulun yeni hava limanından ilk uçuşlar Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə ediləcək.
Rubrika.Az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Türk Hava Yollarının baş direktoru Bilal Ekçi deyib. O artıq bilet satışlarına başlanıldığını bildirib:
“İstanbul Yeni Hava Limanından Bakıya uçuşlarımız üçün biletlər “web/mobil”dən satışa çıxarılıb. İki qardaş dövləti (Azərbaycan və ŞKTC) salamlayaraq səfərlərimizə başlayırıq”.
Rubrika.Az
Facebook-da paylaş















