Sabiq baş nazir müavini korrupsiyada ittiham olunur
![]()
Malayziyada eks-baş nazirin müavini olmuş Əhməd Zahid Həmidiyə qarşı cinayət işi qaldırılıb.
Rubrika.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hazırda Birləşmiş Malayziya Milli Təşkilatının prezidenti olan Zahid Həmidi hakimiyyətdən sui-istifadə, korrupsiya və çirkli pulların yuyulmasında ittiham edilir. O, irəli sürülən cinayət maddələri ilə razılaşmır. Həmidinin tərəfdarları məhkəmə zalının qarşısına toplaşaraq onun saxlanılmasına etiraz edib, ittihamların siyasi xarakter daşıdığını bildiriblər.
Rubrika.Az
Facebook-da paylaş








